Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da gənc alimlər üçün onlayn seminar keçiriləcək
29.07.2020 13:09
  • A-
  • A
  • A+

AMEA-da gənc alimlər üçün onlayn seminar keçiriləcək

İyulun 30-da saat 16:00-da AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin, eləcə də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə gənc alimlər üçün onlayn seminar təşkil olunacaq.

“Pandemiya dövründə gənc alimlərin üzləşdiyi problemlər, onların həlli yolları və ölkənin ictimai-siyasi həyatında baş verən proseslərə gənc alimlərin baxışı” adlı seminar “Zoom” platforması üzərindən baş tutacaq. Tədbir AMEA-nın akademik-katibi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqovun moderatorluğu ilə keçiriləcək.

Onlayn seminara AMEA-nın müxtəlif elmi müəssisələrində çalışan, o cümlədən xaricdə (ABŞ, Rusiya, İngiltərə, Belçika, Fransa, Almaniya, Çin, Polşa) təhsil alan azərbaycanlı gənc alim və mütəxəsislər, doktorantlar qatılacaqlar.

Tədbirdə iştirak etmək istəyənlər Elm və təhsil idarəsinə müraciət edə bilərlər (anket forması əlavə olunur).

Əlaqə nömrələri: (+994 12) 492 84 48, 050 583 03 10

E-mail: amea.etbi@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: