Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

NASA diametri 190 metr olan asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib
29.07.2020 11:25
  • A-
  • A
  • A+

NASA diametri 190 metr olan asteroidin Yerə yaxınlaşdığı barədə xəbərdarlıq edib

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) 84-190 metr diametrə malik asteroidin Yerə yaxınlaşması barədə xəbərdarlıq edib.

NASA-nın saytının məlumatına görə, “2009 PQ1” adlı asteroid avqustun 5-də Yerə maksimum yaxınlaşacaq. O, saniyədə 13,4 kilometr sürətlə planetimizin 3,2 milyon kilometr yaxınlığından keçəcək.

Qeyd edək ki, həmin asteroid 2009-cu il avqustun 14-də kəşf olunub. Astronomlar onu Apollonlar sinfinə – orbitləri Yer orbiti ilə kəsişən asteroidlərə aid edirlər.

 

  • Paylaş: