Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın layihəsi hazırlanacaq
29.07.2020 10:27
  • A-
  • A
  • A+

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın layihəsi hazırlanacaq

“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın layihəsi hazırlanacaq.

Bu, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planında öz əksini tapıb.

Tədbirlər Planına əsasən, layihə 2020-2021-ci illərdə hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim ediləcək.

Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Maliyyə nazirlikləri, “Azmelsutəsərrüfat” ASC, “Azərsu” ASC, “Azərenerji” ASC birgə fəaliyyət göstərəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: