www.science.az
27.07.2020 13:08

Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı “ATV səhər” verilişinə müsahibə verib

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun İnsan genetikası laboratoriyasının müdiri Bayram Bayramov “ATV səhər” verilişinə müsahibə verib.

O, yeni doğulan uşaqlarda ana və atadan keçən genlər barədə məlumat verib. Bildirib ki, doğulacaq uşaqlarda saç forması və ya göz rəngi, boyunun hündur və ya qısa olması ana və atadan keçən genlərin dominant, yaxud ressesiv olmasından asılıdır.

Şöbə müdirinin sözlərinə görə, gen dominant formada olarsa bu zaman o, özünü biruzə verir.

B.Bayramov doğulan uşaqların artıq çəkili olmasının isə əsasən anadan ötürülən genlərdən gəldiyini diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.