www.science.az
27.07.2020 11:44

Koronavirus xəstələrində iybilmə hissinin itməsi məsələləri araşdırılıb

ABŞ-ın Harvard Tibb Məktəbinin alimləri koronavirusa yoluxanlarda iybilmə hissinin itməsi probleminin səbəblərini araşdırıblar.

sputnik.ru saytının məlumatına görə, COVID-19 xəstələrində iybilmənin itməsinə səbəb virusun birbaşa neyronları zədələməsi deyil. Zədələnən sadəcə həmin neyronları dəstəkləyən hüceyrələrdir.

Bu səbəbdən, alimlərin gəldikləri qənaətə görə, bir çox hallarda SARS-CoV-2 iybilmədə iştirak edən sinir zəncirlərinə toxunmur və dayanıqlı anosmiyaya gətirib çıxarmır.

Qeyd edək ki, iybilmənin itməsi koronavirusun birbaşa simptomu hesab olunur və diqnostikada yüksək temperatur da əsas əlamət kimi qiymətləndirilir.