Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.07.2020 11:33
  • A-
  • A
  • A+

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının növbəti onlayn iclası keçirilib

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının növbəti onlayn iclası keçirilib

İyulun 24-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) El­mi şurasının növbəti onlayn iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Elmi şuranın sədri, akademik Rasim Əliquliyev, şu­ra üzvləri, elmi-tədqiqat müəssisələrinin rəhbərləri, elmi katibləri, icti­maiy­yət­lə əlaqələr şö­bə­lə­ri­nin rəhbərləri, həmkarlar təşkilatlarının nümayəndələri, gənc alim və mütəxəssislər, eləcə də Yeni Azərbaycan Partiyasının (YAP) özək təşkilatları, qadınlar və ve­te­ran­lar şuralarının sədr­lə­ri iştirak ediblər.

Öncə akademik Rasim Əliquliyev Azər­bay­can Respublikasının Pre­zidenti cənab İlham Əli­yevin müvafiq Sərəncamı ilə AMEA-nın həqiqi üzvü Təyyar Cə­fə­ro­vun “Şöhrət” or­de­ni i­lə təltif edilməsi haqqında məlumat verib. O, akademik T.Cəfərovu bu yüksək dövlət mükafatına layiq görülməsi münasibətilə təbrik edib, alimə fəaliyyətində uğurlar arzu edib. 

R.Əliquliyev qeyd edib ki, son dövrlərdə Azərbaycan Respublikasının möv­cud elmi-texniki potensialı­nın xalqımızın milli sərvəti kimi qorunması və möh­kəm­lən­di­ril­mə­si, eləcə də fun­da­men­tal və tətbiqi elmi tədqiqatların prioritet istiqamətlərinin ölkənin mü­dafiə qüdrətinin güc­lən­di­ril­mə­sinə, təhlükəsizliyinin təmin edilməsinə, qeyri-neft sektorunun inkişafına, respub­li­ka­nın sosial-iqtisadi və mədəni-mənəvi prob­lem­lərinin həllinə uyğun olaraq müəyyənləşdirilməsi ölkə rəhbərliyinin daim diqqət mər­kə­zin­də­dir.

AMEA Rəyasət Heyətinin 16 iyul 2020-ci il tarixli iclasında verilmiş bəzi tapşırıq və tövsiyələrdən söz açan Rasim Əliquliyev AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin akademiya alimlərinin, zi­ya­lı­la­rı­mı­zın, həmçinin gənc alim və mütəxəs­sis­lə­rin COVID-19 vi­ru­su ilə mübarizə məsələlərinə, eləcə də, Prezident İlham Əliyevin apardığı məqsədyönlü, uğurlu siyasətin fonunda gedən ic­ti­mai-siyasi proseslərə daim fəal münasibət bildirdiklərini, cəmiyyətin bu isti­qa­mət­də obyektiv məlumatlan­dı­rıl­ması və maarif­lən­di­ril­məsi işlərində yaxından iştirak etdiklərini bildirib.

Elmi şuranın sədri Prezident İl­ham Əliyevin 15 iyul 2020-ci il tarixində Nazirlər Kabinetinin iclasındakı çıxışı­nı xatıraladaraq qeyd edib ki, dövlət başçısının öz nitqində ölkənin ictimai-siyasi həyatının mühüm mə­sə­lə­lə­ri­nə, Ermənistanın Azərbaycana qarşı təcavüzünə, həmçinin yaxın tariximizin hadisələrinə dair bil­dir­diyi fikirlər, ortaya qoyduğu qətiyyətli mövqe ictimaiyyətin diqqətini cəlb edib. Cə­­nab Prezidentin qeyd etdiyi kimi, “son günlər ər­zində baş vermiş toqquşmalar və qanlı dö­yüş­lər Azərbaycan dövlətinin, ordusunun gü­cü­nü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi”.

Akademik vurğulayıb ki, dövlət başçısının bu ta­ri­xi çıxışı AMEA Rə­­ya­sət Heyətinin 16 iyul 2020-ci il tarixində ke­çi­ri­lən iclasında ətraflı müzakirə olu­nub: “Bu iclasda AMEA-nın pre­zidenti, akademik Ramiz Mehdiyev vurğulayıb ki, cənab Pre­zi­den­tin nitqində öl­kə­mizin qarşısında dayanan təh­didlər, dövlətin bu problemlərə olan münasibəti dəqiq şə­kildə öz ək­si­ni tapıb. Ölkəmizin tale­yi­nə laqeyd olmayan hər kəs bu nitqə diqqətlə yanaşmalı, Pre­zidentin ver­di­yi siyasi istiqaməti qav­ramağa çalışmalıdır”.

Daha sonra çıxış edən Riyaziyyat və Mexanika İnstitutunun (RMİ) direktoru, AMEA-nın müxbir üzvü Misir Mərda­nov qeyd edib ki, To­vuz rayonu ilə sərhəddə Ermənistan ordusunun təxribatının Ali Baş Komandanın çevik və düzgün qərarları ilə silahlı qüvvələrimiz tərəfindən dərhal qarşısının alınması rəhbərlik etdiyi elmi müəssisənin kollektivi tərəfindən yüksək qiymətləndirilir. Alim döv­lə­ti­mizin başçısına Azərbaycan elminə, alim­lə­ri­mi­zin rifah halının yaxşılaşdırılması məqsədi­lə göstərdiyi qayğıya görə öz adından və RMİ-nin kollektivi adından minnətdarlığını bildirib.

M.Mərdanov son zamanlar bəzi mətbuat orqanları və sosial şəbəkələrdə Azərbaycan Milli Elm­lər Akademiyası, onun rəhbərliyi haqqında böhtan xarakterli yalan məlumatların yayılması mə­­sə­­ləsinə də münasibətini söyləyib, ictimai rəydə çaşqınlıq yaratmaq məqsə­di daşıyan bu kimi mən­­­fi addımları qəti şəkildə pisləyib. Həmçinin qeyd edib ki, ziyalılarımız bu cür məsələlərə həs­sas ya­naş­malı, kütləvi informasiya vasitələrinin köməyi ilə ictimaiyyəti doğru məlumat­lan­dır­ma­ğa çalışmalıdırlar.

İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev öz növbəsində, son vaxtlarda Ermənistanın Tovuz rayo­nu isti­qa­mətində Azərbaycana qarşı növbəti təcavüzü barədə fikirlərini bölüşüb. Qeyd edib ki, dünya ic­ti­maiy­yəti hər zaman Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətini pisləyir. Alim gənclərimizin yüksək vətənpərvərlik ruhu nümayiş etdirdiklərini xüsusi vurğulayıb.

Milli Aviasiya Akademiyasının prorektoru, AMEA-nın müxbir üzvü Afiq Həsənov ziyalılarımızı ölkədə gedən ictimai-siyasi proses­lə­rə, ölkə başçısının qarşıya qoyduğu tələb və tapşırıqlara daha həssas yanaşmağa səsləyib. O, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə birgə əmək­daş­lıq münasibətlərinin geniş müzakirə olunması məqsədilə FRTEB-in Elmi şurasının xüsusi iclasının keçirilməsi barədə təklifini irəli sürüb. 

“Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin sədri, akademik Adil Qəribov Rəyasət Heyətinin 16 iyul tarixində keçirilən iclasında müzakirə olu­­nan məsələlər, o cümlədən son günlərdə ölkənin ictimai-siyasi həyatında müşahidə edilən pro­ses­­lər barədə öz münasibətini bildirərək, alimlərimizi televiziya və digər mətbu orqanların vasi­tə­si­lə fəal şəkildə cəmiyyətimizi maarifləndirməyə səsləyib.  Alim həmçinin, Prezident İlham Əli­ye­­vin ötən gün su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə ba­rə­də də öz fikirlərini səsləndirib, cənab Prezidentin haqlı iradlarını bir­mə­na­lı şəkildə qəbul et­di­yini bildirib.

Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov çıxışında diqqətə çatdırıb ki, Fizika İnstitutunun kol­lektivi sərhədlərimizin qorunması, eləcə də torpaqlarımızın erməni işğa­lından azad edilməsi naminə hər zaman ordumuzun və Ali Baş Komandanın yanındadır. Alim bildirib ki, İspaniyadan, İs­veç­­rədən və digər Avropa öl­kə­­lərindən olan alim həmkarları Ermənistanın To­vuz rayonu ilə sərhəddə apar­dığı təxribatı pisləyir və bir ziyalı kimi Azərbaycanın ərazi bötüvlüyünü, onun toxu­nul­maz­lı­ğı­nı tanıdıqlarını bildirirlər.

Fizika İnstitutunun laboratoriya müdiri, akademik Arif Həşimov öz növbəsində, Prezident İlham Əliyevin apardığı daxili və xari­ci si­yasəti, ölkəmizdə ordu quruculuğu, COVID-19 ilə mübarizə və yaranmış digər problemlərin aradan qal­dı­rıl­ma­sı ilə bağlı məsələlərin həlli istiqamə­tində nümayiş etdirilən məqsədyönlü siyasəti yüksək qiymətləndirib və belə məsələlərdə ziyalılarımızın üzərinə böyük məsuliyyətin düşdüyünü deyib.

Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qa­sı­mov iclas iştirak­çı­la­rı­nın diqqətini son günlərdə ABŞ-ın Los-Anceles şəhərində erməni­əsil­li təxribatçıların orada ya­­şa­­yan həmvətənlərimizə qarşı göstərdiyi zorakılıq əməllərinə cəlb edib. Vurğulayıb ki, düşmənin həmvətənlərimizə qarşı mənfur əməlləri qanunla cəzalandırılmalıdır. Alim, həm­çi­nin COVID-19 virusu ilə mübarizə məqsədi ilə rəh­bər­lik etdiyi elmi müəssisənin alimlərinin apar­dıqları tədqiqatlardan danışaraq qeyd edib ki, mütəxəssislərimizin əldə etdikləri mü­hüm nəticələr artıq TƏBİB-in rəsmi müalicə protokoluna daxil edilib.

Daha sonra çıxış edən Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar, mən­fur siyasətdən danışıb. Qeyd edib ki, Tovuz rayonu ilə sərhəddə baş verən erməni təxribatına qı­sa zaman ərzində ölkəmizin başçısı tərəfindən göstərilən opera­tiv, layiqli münasibət ölkəmiz, elə­cə də dünya ictimaiyyəti, xüsusilə alim və ziyalılar tərəfindən rəğbətlə qarşılanır və bir­mə­na­lı şəkildə dəstəklənir.

FRTEB-in Elmi şurasının üzvləri vurğulayıblar ki, alimlərimiz həmişə olduğu kimi, ölkə Prezidentinin ətrafında sıx birləşməyi və onun rəhbər tutduğu dövlətçilik prinsiplərini daim dəstəkləməyi vacib hesab edirlər. Qeyd olunub ki, AMEA-nın elmi kollektivləri və alimləri cənab İlham Əliyevin tarixi nitqində qarşıya qoyduğu vəzifələri öz fəaliyyətlərində daim rəhbər tutacaqlar.

Gündəlikdə yer alan növbəti məsələ Böl­mənin elmi müəssisələrinin 2020-ci ilin büdcəsi çərçivəsində maliyyələş­di­ril­mə­si nəzərdə tu­tu­lan elmi-tədqiqat proqramlarının müzakirəsinə həsr olunub. Bu barədə elmi-tədqiqat müəs­si­sə­lərinin rəhbərləri onlayn iclas iştirakçılarına məlumat veriblər. Elmi şuranın üzvləri təqdim olunan elmi tədqiqat layihələrini yekdilliklə dəstək­lə­yə­rək AMEA Rəyasət Heyətinə təqdim olunması barədə qərar qəbul ediblər.    

Elmi-təşkilati məsələlərin müzakirəsi zamanı Elmi şura üzvləri dünya şöhrətli azər­bay­can­lı alim AMEA-nın fəxri üz­vü, professor Lütfi Zadənin 100 illik yubileyinin keçirilməsi üçün AMEA və ölkə rəhbərliyi qarşısında vəsatət qaldırılması haqqında qərar qəbul ediblər.

Həmçinin ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı sahə­sind­ə mühüm xidmətləri olan AMEA-nın İnformasiya Texnologiyaları İnstititunun 50 illik yubileyinin, eləcə də, 2021-ci ildə Avropa Komissiyasının dəstəyi ilə “Şərq Tərəfdaşlığı ölkələri üçün E-infrast­ruk­turlar” və NATO-nun dəstəyi ilə “Sənaye idarəetmə sis­tem­lə­ri­nin kibertəhlükəsizliyi problemləri” möv­zu­su­na həsr olunan beynəl­xalq konfransların keçirilməsi və dəstək verilməsi haqqında müvafiq qərarlar qəbul ediblər.

Müzakirə olunan məsələlər arasında AMEA-nın müxbir üzvü Kamil Ay­da­za­də­nin, profes­sor­lar Kamil Mənsimov və Knyaz Məmmədovun, eləcə də texnika elmləri doktoru Qəm­bər Quluyevin 70, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılovun 65 illik yu­bi­leylərinin ke­çi­rilməsi, həmçinin fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Canməmməd Rüstəmovun təltif edilməsi də yer alıb.

Daha sonra bölmənin Fəxri fərmanının layi­hə­si diqqətə çat­dı­rılıb. Layihə şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.

Onlayn iclasda bir sıra kadr məsələləri də müzakirə olunub. Qəbul edilən qə­rar­la­­ra əsasən, texnika elmləri dok­to­ru Qəmbər Quluyev AMEA-nın İdarəetmə Sistemləri İnsti­tu­tu­nun tex­nologiyalar üzrə direktor müavi­ni vəzifəsinə, həmçinin Biofizika İnstitutunun təklif etdiyi na­mizədlər – biologiya üzrə elmlər doktorları Kərim Qasımov və Tokay Hüseynov müva­fiq la­bo­­ratoriyaların müdiri, fizika-ri­ya­ziy­yat üzrə fəlsəfə doktoru Rasim Aslanov, biologiya üzrə fəlsəfə doktoru Mürsəl Dadaşov aparıcı elmi işçi vəzifələrinə təsdiq olunublar.

Sonda bir sıra həlli vacib olan məsələlər müzakirə olunub, suallar cavab­lan­dı­rılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: