www.science.az
27.07.2020 10:48

“Əbülqazi “Oğuznamə”sinin ritual-mifoloji semantikası” kitabı Türkiyədə nəşr olunub

AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoyun “Əbülqazi “Oğuznamə”sinin ritual-mifoloji semantikası” kitabı Türkiyədə işıq üzü görüb.

"Mer-Ak" nəşriyyatında elektron kitab formasında təqdim olunan nəşr Oğuznamələr barədə aparılmış çoxsaylı tədqiqatlar içərisində orijinallığı ilə seçilir.

Problemə mifoloji təfəkkür prizmasından yanaşan və analitik şərh verən müəllifin bu fundamental araşdırması türkologiya elminə böyük töhfədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.