Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İqtisadçı alimlərin icbari tibbi sığorta ilə bağlı məruzələri dinlənilib
27.07.2020 10:32
  • A-
  • A
  • A+

İqtisadçı alimlərin icbari tibbi sığorta ilə bağlı məruzələri dinlənilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyi “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır” mövzusunda vebinar təşkil edib.

“Zoom” proqramı vasitəsilə keçirilən tədbiri “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyinin sədri, i.ü.f.d., dosent Rəsmiyyə Abdullayeva açaraq icbari tibbi sığortanın əhəmiyyəti barədə məlumat verib.

Vebinarda AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov “İcbari tibbi sığortaya keçidin zəruriliyi və onun üstünlükləri”, həmin institutun direktor müavini, i.ü.f.d., dosent Allahyar Muradov “İcbari tibbi sığorta: dünya təcrübəsi”, tədqiqatçılar Samir Mahmudov “Sosial müdafiənin gücləndirilməsində icbari tibbi sığortanın rolu”, Mələk Əliyeva “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzəçilər icbari tibbi sığortanın üstünlükləri, dünya təcrübəsi, eyni zamanda, Azərbaycanda formalaşması xüsusiyyətləri ilə bağlı sualları cavablandırıblar.

Daha sonra İqtisadiyyat İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Akif Musayev, Mingəçevir Dövlət Universitetinin prorektoru, professor Veysəl Əyyubov, Azərbaycan Kooperasiya Universitetinin prorektoru, dosent Fikrət Quliyev, Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev, Azərbaycan Texniki Universitetinin müəllimi Günay Əliyeva və başqaları icbari tibbi sığorta haqqında danışıblar.

Qeyd edək ki, “Türkdilli Dövlətlərin İqtisadçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə elan etdiyi qrant müsabiqədə “İcbari tibbi sığorta sağlamlığınızın qarantıdır mövzusunda ictimai maarifləndirmə” layihəsi ilə qalib olub. 4 aylıq layihə çərçivəsində 2 vebinarın (“Zoom” vasitəsilə) keçirilməsi və “İcbari tibbi sığorta” adlı kitabçanın nəşri nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: