Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Gənc alim: Əminik ki, ermənilərin bu vəhşilikləri cavabsız qalmayacaq
27.07.2020 10:21
  • A-
  • A
  • A+

Gənc alim: Əminik ki, ermənilərin bu vəhşilikləri cavabsız qalmayacaq

Son günlər ermənilərin təcavüzünə və Tovuz hadisələrinə qarşı xaricdə aksiya keçirən dinc həmvətənlərimizə və Azərbaycanın bir sıra ölkələrdəki diplomatik korpuslarına qarşı radikal erməni qüvvələri tərəfindən təxribatlar, vəhşiliklər törədilir. Artıq ABŞ-ın Los-Anceles və Belçikanın Brüssel şəhərlərində qanlı təxribat da qeydə alınıb. Məlumdur ki, bu təxribatları törədən ermənilərin arxasında müəyyən mütəşəkkil qruplar, dəstələr dayanır. Hətta təxribat törədən ermənilərin arasında ASALA terror təşkilatını təbliğ edən köynəklər geyinənlər də görünməyə başlayıb. Proseslər Ermənistan dövlətindən idarə olunur və erməni diasporunun terror mahiyyətini üzə çıxarır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov söyləyib. O, bildirib ki, iyulun 12-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimizə hücum edən erməni silahlı bölmələri öz işğalçılıq planlarını reallaşdıra bilmədilər. Azərbaycan ordusunun qəhrəman əsgər və zabitləri erməni qoşunlarının mövqelərinə sarsıdıcı zərbələr endirərək düşməni geri oturtdular. Ermənilərin cəbhəboyu təxribatlarına cavab olaraq xalqımız, o cümlədən xaricdə yaşayan soydaşlarımız ayağa qalxaraq birlik nümayiş etdirdilər. Pandemiya dövrünün çətin günlərinə baxmayaraq həm paytaxt Bakıda, həm də müxtəlif ölkələrdə xalqımızın ordumuza dəstək aksiyası və milli birliyi mənfur qonşularımızı qıcıqlandırmaya bilməzdi. Onlar cəbhədəki və xarici siyasətlərindəki uğursuzluqlarını həzm edə bilmədilər və nəticədə xarici ölkələrdə də təxribatlarını davam etdirdilər. Xaricdəki soydaşlarımız tərəfindən layiqli cavablarını alan ermənilər, əlbəttə ki, beynəlxalq ictimaiyyəti öz istəklərinə, yalanlarına inandırmaq üçün əllərindən gələni edirlər. Lakin son hadisələrdə dünya ictimaiyyəti erməni vandalizminin bir daha şahidi oldu və düşmənin növbəti məkrli siyasəti bu dəfə də alınmadı. Soydaşlarımıza qarşı quldurluq hərəkətləri edən həmin diaspor rəhbərlərinin, nümayəndələrinin artıq həbs xəbərləri gəlməkdədir. Bu isə Avropada ermənilərin cinayətkar imicinin formalaşdığını sübut edir.

“Əminik ki, dövlətimiz, diasporumuz, Azərbaycan səfirliklərinin nümayəndələri ermənilərin bu vəhşiliklərini cavabsız qoymayacaq və onlara hüquqi müstəvidə də layiqli cavab veriləcək. Bununla bağlı artıq ciddi işlər aparılır və haqq-ədalət bu dəfə də Azərbaycanın, azərbaycanlıların tərəfində olacaq”, - deyə Emin Bağırov bildirib.

  • Paylaş: