Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Yeni təyin olunmuş baş konsul AMEA Naxçıvan Bölməsində olub
18.11.2013 00:00
  • A-
  • A
  • A+

Yeni təyin olunmuş baş konsul AMEA Naxçıvan Bölməsində olub

Türkiyənin AR Naxçıvan Muxtar Respublikasında yeni təyin olunmuş baş konsulu Əli Rza Əkinçi AMEA Naxçıvan Bölməsinin fəaliyyəti ilə tanış olub.

Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin yaranma tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında ətraflı məlumat verib. Naxçıvan Bölməsinin yaradılmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışan İ.Hacıyev hazırda bölmədə 6 institut və 36 şöbənin fəaliyyət göstərdiyini bildirib.

Qonağa Naxçıvanın qədim yaşayış yerlərində aparılan beynəlxalq ekspedisiyalar barəsində məlumat verilib. Baş konsul Heydər Əliyev guşəsi, kitab sərgi salonu və bölmənin nəzdində fəaliyyət göstərən və regiоnun canlı tаriхini özündə yaşadan “Аrхeоlоgiyа və Etnоqrаfiyа muzeyi” ilə də tanış olub.

Bildirilib ki, Arxeologiya və Etnoqrafiya Muzeyində Naxçıvan ərazisində bölmə əməkdaşlarının iştirakı ilə keçirilən arxeoloji və etnoqrafik ekspedisiyalar zamanı əldə edilmiş eksponatlar, müxtəlif tarixi abidələrinin fotoşəkilləri saxlanılır. Kitab sərgi salonunda isə Naxçıvanın tarixi, mədəniyyyəti, folkloru, təbiətinə aid müxtəlif elmi ədəbiyyatlar, o cümlədən bölmə əməkdaşları tərəfindən yazılmış monoqrafiya, kitablar, həmçinin bölmənin “Xəbərlər” jurnalının nüsxələri nümayiş etdirilir.

Əli Rza Əkinçi səmimi görüşə görə bölmənin əməkdaşlarına öz minnətdarlığını bildirib. Regionun strateji əhəmiyyətini xüsusi vurğulayan qonaq Türkiyə ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi istiqamətində səyini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə, həmçinin elmi mübadilə, mikrofilmlərin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: