Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qoşqar çayının nümunələri əsasında çöl ölçmələri aparılıb
21.07.2020 12:19
  • A-
  • A
  • A+

Qoşqar çayının nümunələri əsasında çöl ölçmələri aparılıb

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Ətraf mühitə zərərli təsirlərin fizikası və kimyası laboratoriyasının əməkdaşları çöl tədqiqatları aparıblar.

Belə ki, alimlər “Kiçik Qafqaz çaylarının təbii və antropogen mənşəli çirklənmələr və onların yaratdığı risklərin qiymətləndirilməsi” mövzusunda tədqiqat proqramına uyğun olaraq, Qoşqar çayından nümunə götürülməsi işini icra ediblər.

Tədqiqat prosesində seçilmiş nöqtələrdən su, dib çöküntüsü, torpaq nümunələri götürülüb və müvafiq çöl ölçmələri aparılıb.

Qeyd edək ki, institut əməkdaşları fəaliyyətlərini izolyasiya şəraitində və karantin rejiminin tələblərinə tam əməl etməklə davam etdirirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: