Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Qan plazmasının tətbiqinin effektivliyinə dair tədqiqatlar aparılıb
21.07.2020 11:41
  • A-
  • A
  • A+

Qan plazmasının tətbiqinin effektivliyinə dair tədqiqatlar aparılıb

Rusiya həkimləri koronavirusdan sağalmış 86 pasiyentin iştirakı ilə qan plazmasının tətbiqinin effektivliyini yoxlamaq üçün tədqiqatlar aparıblar. 

medportal.ru saytı xəbər verir ki, tədqiqatların nəticələrə əsasən, koronavirusa qarşı tətbiq olunan plazma müstəqil nəfəs alan ağır və orta ağır xəstələrin ölüm faizini aşağı salır, lakin süni tənəffüs aparatına qoşulmuş pasiyentləri xilas edə bilmir.

Həkimlərin gəldiyi qənaətə görə, qan plazması COVID-19-u keçirmiş xəstələr üçün "hər dərdin dərmanı" deyil. Lakin ağ ciyərlərin süni ventilyasiyası tələb olunmayan pasiyentlərin sağ qalma səviyyəsinin artırılması üçün effektiv ola bilər.

Müəlliflər bu müalicə metodunun təhlükəsizliyini məhdud hesab ediblər.

  • Paylaş: