Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir
21.07.2020 11:34
  • A-
  • A
  • A+

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatına üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklifinə 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.

Prezident İlham Əliyevin olduqca böyük əhəmiyyət kəsb edən çağırışında məqsəd beynəlxalq ictimaiyyətin COVID-19 ilə mübarizə səylərini birləşdirmək məsələsinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının xüsusi iclasında müzakirə olunmasıdır. Azərbaycan pandemiyanın daha geniş vüsət aldığı zamanda Qoşulmama Hərəkatının üzv ölkəsi kimi təşkilat daxilində həmrəylik göstərərək, həm də aparıcı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq etmişdir. Cənab Prezidentin qeyd etdiyi kimi, dünyada yaranmış vəziyyət gərgin münasibətlərdə olan millətlər arasında həmrəylik və əməkdaşlıq elementlərinin olduğunu aşkar etdi. Eyni zamanda, Prezident beynəlxalq siyasət məsələlərində, əməkdaşlığın müsbət təcrübəsini qorumaq və çoxaltmağın vacibliyini və bunun zaman-zaman ölkələr daxilində gərginliklər yaşanmamasına xidmət edəcəyini vurğuladı.  

Qeyd edək ki, BMT tarixində 31 Xüsusi Sessiya keçirilmişdir ki, onlardan da yalnız üçü dövlətlər tərəfindən çağırılmışdır. Lakin Xüsusi Sessiyanın ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında keçirilməsi təşəbbüsü ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT tarixində bir ilkə imza atmışdır.

Yeganə Baxşıyeva, AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: