Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Onlayn iclasda elmi-texnoloji innovasiyaların transferi məsələlərinin mövcud vəziyyəti müzakirə olunub
20.07.2020 14:45
  • A-
  • A
  • A+

Onlayn iclasda elmi-texnoloji innovasiyaların transferi məsələlərinin mövcud vəziyyəti müzakirə olunub

AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi və Xəzər Universitetinin birgə təşkilatçılığı ilə intellektual biliyin, elmi-texnoloji innovasiyaların transferi məsələlərinin mövcud vəziyyəti və istiqamətlərinin müzakirəsinə həsr olunmuş onlayn iclas keçirilib.

Avropa Komissiyasının Birgə Tədqiqatlar Mərkəzinin aparıcı mütəxəssislərinin iştirak etdiyi tədbirə müxtəlif elmi-tədqiqat qurumlarının nümayəndələri, eləcə də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları qatılıblar.

İclasda texnologiyaların transferinin milli iqtisadi strategiya ilə əlaqəsi, əqli mülkiyyətin milli tənzimləmə və qorunma bazası ilə əlaqəsi, elmi tədqiqatların maliyyələşdirilmə strukturu, tədqiqat mərkəzi, universitet və sənaye əməkdaşlığı, dövlət tərəfindən maliyyələşdirilən tədqiqat işlərinin qiymətləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin texnologiyaların transferi və əqli mülkiyyət hüquqlarının qeydiyyatı və qorunması məsələlərinə cavabdeh olan dövlət və özəl qurumların fəaliyyəti, ölkənin prioritet elmi tədqiqat sahələrində rəqabət üstünlüyü yarada biləcək potensial texnologiyaların qiymətləndirilməsi, eləcə də tədqiqat mərkəzlərinin innovativ elmi-texnoloji nəticələrinin istifadəsində mövcud durumun qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda qeyd olunan istiqamətlər üzrə müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

 

  • Paylaş: