Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Milli Mətbuat Gününə dəyərli töhfə
20.07.2020 13:39
  • A-
  • A
  • A+

Milli Mətbuat Gününə dəyərli töhfə

“Əkinçi” qəzetinin 145 illiyinə ithaf olaraq “Zərdabi “Ədəbiyyat qəzeti”nin səhifələrində” kitabı nəşr olunub.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə çap edilən əsərdə milli mətbuatımızın banisi Həsən bəy Zərdabi haqqında 1934-2016-cı illərdə “Ədəbiyyat qəzeti”ndə nəşr olunmuş tədqiqatlar toplanılıb.

Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan mətbuatının 130 illiyinə həsr olunmuş yubiley mərasimindəki nitqi ilə açılır.

Filologiya elmləri doktoru Paşa Kərimov kitaba “Ədəbiyyat qəzeti” Həsən bəy Zərdabi barədə” mövzusunda "Ön söz" yazıb. “Tərtibçidən” rudrikasında “Maraqlı faktlar” başlıqlı geniş həcmli məqalədə Azərbaycan mətbuatının tarixinə ətraflı elmi-tədqiqi nəzər salınıb.

Nəşrin tərtibçisi Əlyazmalar İnstitutunun dissertantı Əzizə Ələkbərova, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva, rəyçiləri Paşa Kərimov və filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfovdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: