Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şamaxı Astrofizika Rəsədxanası magistrantlarının yay imtahan sessiyası başa çatıb
17.07.2020 13:35
  • A-
  • A
  • A+

Şamaxı Astrofizika Rəsədxanası magistrantlarının yay imtahan sessiyası başa çatıb

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında 2019-2020-ci tədris ili üçün magistratura pilləsi üzrə yay imtahan sessiyası başa çatıb.

"Astrofizika" ixtisaslaşması üzrə təhsil alan I kurs tələbələrin "Ulduz fizikası", "Kosmik plazma", "Günəş fizikası", "Praktiki astrofizika" və "Astronomik cihazqayırma" fənlərindən sonuncu imtahanları keçirilib.

Rəsədxananın magistrantları 4-ü ixtisas fənni olmaqla ümumilikdə 7 imtahan verərək, yay imtahan sessiyasını uğurla başa vurublar.

Qeyd edək ki, ölkə səviyyəsində mövcud karantin rejimi ilə əlaqədar olaraq, bütün imtahanlar “Zoom” proqramı vasitəsilə onlayn keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: