Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Tovuz döyüşü
16.07.2020 11:33
  • A-
  • A
  • A+

Tovuz döyüşü

Azərbaycanda yüzillərin sınağından çıxmış müdrik bir atalar sözü var: “Erməni qaşınırsa, deməli, qanı çıxmalıdır!”.

İyulun 12-də qəfil qaşınma tutan ermənilər gözlənilmədən Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində irimiqyaslı hərbi əməliyyat planı həyata keçirməyə çalışdılar. Təbii ki, Azərbaycanın sayıq hərbçiləri müqəddəs sərhədlərimizi göz bəbəyi kimi qoruyurdular və düşmənə layiqli cavab verilərək, onların məkrli planlarına görə özlərini peşman etdilər. Ağır itki verən ilan öz yuvasına çəkilsə də, zəhərinin bir hissəsini tökməyə macal tapdı – dağ kimi igidlərimiz şəhid oldu.

Bəli, bu, oyun deyil, bu, döyüşdür və döyüşdə itkilərin olması da təbiidir. O da təbiidir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının dediyi kimi, şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq və onların qisası layiqincə alındı.

Hələ də davam edən iyul döyüşlərinin ilk günlərindən hansı dərsləri aldıq? 

Hər şeydən əvvəl, məkrli düşmənin hiylə və yalanlarını dünya ictimaiyyəti, güclü dövlətlər qarşısında anındaca ifşa etmək, qızıl-qırmızı yalanların ayaq tutub yeriməsinə qətiyyən imkan verməmək.

Ölkə rəhbərliyi, Ali Baş Komandanın iradəsi altında bu məsul vəzifənin öhdəsindən də layiqincə, yüksək səviyyədə gələ bildik. Bir çox dövlətlərin bu ağır günlərdə Azərbaycan xalqının, dövlətinin yanında yer alması faktı bunun parlaq göstəricisi kimi nəzərdən keçirilə bilər. Hamıya aydın oldu ki, Azərbaycan Respublikası 25-30 il bundan əvvəlki Azərbaycan deyil; artıq ermənilərin timsah göz yaşları heç bir dünya dövlətini, vicdanlı diplomatları aldatmaq gücünə malik deyil. “Adımı sənə qoyum, səni yana-yana qoyum” diplomatiyası işləmir və bundan sonra da ağlı başında, vicdanı ürəyində olan heç bir namuslu insanın yanında işləməyəcək!

İkincisi, hətta təcavüzkar, oyuncaq ölkənin daxil olduğu hərbi alyans da artıq ağına-bozuna baxmadan cığal uşaq kimi yalandan ağlaya-ağlaya üstünə qaçan məkrli infantil ermənini ciddiyə almayacaq dərəcədə, kor-kor, gör-gör haqqı nahaqqa verməyəcək dərəcədə ayılmışdır.

İyul döyüşlərinin ilk günləri məhz bu həqiqətləri meydana çıxardı və bu, qələbəyə doğru gedən yolun başlanğıcı kimi də qiymətləndirilə bilər.

Teymur Kərimli, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: