Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib
10.07.2020 10:59
  • A-
  • A
  • A+

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun onlayn iclası keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda keçirilən onlayn iclasda 2020-ci il üzrə yarımillik fəaliyyətə dair hesabat dinlənilib.

Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev rəhbərlik etdiyi müəssisədə yarım il ərzində həyata keçirilən elmi-təşkilati işlər, əldə olunan mühüm nəticələr və digər məsələlərlə bağlı çıxış edib. Bildirib ki, 2020-ci ilin elmi-tədqiqat işlərinin planına əsasən 1 prоblem üzrə 1 mövzunu əhatə edən 6 işin 24 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub. Hesabat ilində əməkdaşların 121 elmi əsəri, о cümlədən biri xaricdə olmaqla 3 monoqrafiyası, 3 kitabı, 26-sı xaricdə olmaqla 65 elmi məqaləsi və 50 konfrans materialı dərc olunub. Müəssisənin təsis etdiyi “Axtarışlar” jurnalının birinci nömrəsi nəşr edilib, ikinci nömrəsi isə çapa hazırlanıb.

Ə.Quliyev, həmçinin institut əməkdaşlarının mütəmadi olaraq KİV-də Naxçıvanın ədəbi və mədəni mühiti, görkəmli şəxsiyyətləri, folkloru, ərazinin qədim etnogenezi, xalq yaradıcılığı, eləcə də sənətkarların həyat və fəaliyyəti ilə bağlı çıxışlar etdiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, institutda elmi-tədqiqat işləri ilə bağlı seminarlar, Elmi şuranın iclasları keçirilib. Əməkdaşlar 16 beynəlxalq, 10 respublika, 23 muxtar respublika səviyyəli elmi konfransda iştirak ediblər. 

Diqqətə çatdırılıb ki, bu dövr ərzində Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, AMEA-nın Ədəbiyyat, Folklor, Dilçilik, Memarlıq və İncəsənət institutları, eləcə də Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Qazaxıstandakı Beynəlxalq Türk Akademiyası və digər elm və təhsil müəssisələri ilə səmərəli əməkdaşlıq əlaqələri qurulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: