Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycan alimi Brüsseldə Beynəlxalq tədbirdə iştirak edib
18.11.2014 00:00
  • A-
  • A
  • A+

Azərbaycan alimi Brüsseldə Beynəlxalq tədbirdə iştirak edib

AMEA Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Belçikanın paytaxtı Brüssel şəhərində elmi ezamiyyətdə olub.

Ezamiyyət müddətində M. Abbasov Avropa Komissiyası tərəfindən təşkil olunan “Mariya Skladovskaya-Küri” proqramının milli əlaqələndiricilərinin 2-ci iclasında iştirak edib.

İclasda Avropa Komissiyasının “Horizon 2020” proqramı çərçivəsində elan olunan fərdi əməkdaşlıq qrantlarında (Gənc tədqiqatçılar üçün PhD proqramı, post-doktorantlar üçün Avropa daxili və qlobal layihələr, milli əlaqələndiricilər üçün şəbəkə qrantı, COFUND və s.) iştirak etmək üçün layihələrin hazırlanması üzrə məruzələr dinlənilib, 2014-cü ildə təqdim edilən layihələrin statistikası açıqlanıb.

Eyni zamanda, “Mariya Skladovskaya-Küri” proqramına daxil olan layihələrin 2015-ci ildə yenidən elan olunacağı bildirilib və bəzi proqramlarda edilən dəyişikliklərin müzakirəsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: