Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutunda magistrantların imtahanları onlayn təşkil olunur
03.07.2020 14:22
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunda magistrantların imtahanları onlayn təşkil olunur

AMEA-nın Aşqarlar Kimyası İnstitutunda təhsil alan I kurs magistrantların yay imtahan sessiyası davam edir.

Ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar magistrantların imtahanları “Zoom” platforması üzərindən onlayn təşkil olunur.

İndiyədək magistrantlar qeyri-ixtisas və ixtisas fənlərindən - "Ali məktəb pedaqoqikası", "Üzvi kimyada fiziki tədqiqat üsulları", "Fəlsəfə", "Üzvi kimyanın nəzəri məsələləri", "Psixologiya" imtahanlarını müvəffəqiyyətlə veriblər. Bu gün "Zərif üzvi sintez" ixtisas fənnindən imtahan verən magistrantlar şifahi olaraq 5 sualı cavablandırıblar.

Xatırladaq ki, magistrantlar iyulun 6-da "Stereokimya" fənnindən sonuncu imtahanı verməklə yay sessiyasını başa vuracaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: