Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İnformasiya Texnologiyaları İnstitutunun gənc tədqiqatçıları beynəlxalq elmi konfransın qalibləri sırasında yer alıblar
02.07.2020 13:03
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun gənc tədqiqatçıları beynəlxalq elmi konfransın qalibləri sırasında yer alıblar

Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə Tələbə və gənc tədqiqatçıların I beynəlxalq elmi konfransı keçirilib.

İlk dəfə bu il beynəlxalq səviyyədə keçirilən konfrans “Zoom” platforması üzərindən baş tutub. 

Konfransa Azərbaycanın 15-ə yaxın təhsil və elmi-tədqiqat müəsissəsi, həmçinin İ.M.Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti və Çinin Guangdong Texnologiya Universitetinin İdarəetmə məktəbindən tələbə və gənc tədqiqatçıların tezisləri təqdim olunub.

Beynəlxalq tədbirdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun kiçik elmi işçisi Elşən Bağırov “Malware detection based on n-grams” mövzusu üzrə ingilis dilində məruzə edərək, zərərli proqramların artım dinamikasını, onlarla mübarizədə dünya təcrübəsində istifadə edilən mövcud metodları diqqətə çatdırıb.

İnstitutun magistrantı Xəyalə Əhmədova isə “Sosial şəbəkələrdə saxta profillərin aşkarlanması üçün klasterləşdirmə metodlarının tətbiqi” adlı məruzəsini təqdim edərək, sosial şəbəkələrdə fəaliyyət göstərən saxta profillərin sinifləri haqqında məlumat verib.

Ən yaxşı məruzəyə görə E.Bağırov 2-ci, X.Əhmədova isə 3-cü yerə layiq görülüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: