Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Naxçıvanda keçirilən onlayn konfransda məruzə edib
02.07.2020 11:44
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Naxçıvanda keçirilən onlayn konfransda məruzə edib

Naxçıvan Dövlət Universitetində “Ekoloji tarazlığın qorunub saxlanılmasına müasir baxış: problemlər, faktlar, təkliflər” mövzusunda onlayn respublika elmi-praktiki konfransı keçirilib.

Konfransda Naxçıvan Muxtar Respublikasında son illərdə suvarma və meliorasiya işlərinin həyata keçirilməsi, antropogen təsirlərdən ekoloji tarazlığın pozulması nəticəsində qarşıya çıxan problemlərin həlli yolları, ətraf mühitin yaxşılaşdırılması, ekoloji təhlükəsizliyin bütün sahələr üzrə qorunub saxlanılması və optimallaşdırılması ilə bağlı müzakirə edilib.

Konfransda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev “Naxçıvan Muxtar Respublikasında torpaq ehtiyatlarından istifadə zamanı suvarma və su problemləri” mövzusunda məruzə ilə çıxış edib.

Alimin çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: