www.science.az
29.06.2020 10:30

2020/2021-ci tədris ili üçün Azərbaycan bölməsi üzrə magistraturaya 8 minə yaxın tələbə qəbul olub

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən 8324 nəfər magistraturaya qəbul olunub.

Azərbaycan bölməsi üzrə 7635, rus bölməsi üzrə 689 nəfər respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarında təhsil alacaq. Qəbul olunanlardan 3069 nəfəri dövlət sifarişi, 5255 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.