Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Riyaziyyat və Mexanika İnstitutunun magistrantları dissertasiya işlərini uğurla müdafiə ediblər
26.06.2020 15:50
  • A-
  • A
  • A+

Riyaziyyat və Mexanika İnstitutunun magistrantları dissertasiya işlərini uğurla müdafiə ediblər

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun II kurs magistrantlarının “Riyazi analiz“, “Riyazi fizika” və “Maye, qaz və plazma mexanikası” ixtisasları üzrə magistrlik dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın onlayn rejimdə iclası keçirilib.

Onlayn tədbirdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov, İxtisaslaşdırılmış Şuranın sədri, professor Telman Məlikov, Şura üzvləri və müdafiə edən magistrantlar iştirak ediblər.

İclasda II kurs magistrantlar – İbrahim Məmmədov, Aynur Cəbrayılova və Aygül Rzayeva dissertasiya mövzuları haqqında ətraflı məlumat verib, onlara təqdim olunan sualları cavablandırıblar.

Dissetasiya işləri Şura üzvləri tərəfindən müvafiq olaraq 100, 92, və 92 balla qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: