www.science.az
26.06.2020 14:40

Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantları dissertasiya işlərini uğurla müdafiə ediblər

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun magistr dissertasiya işlərinin müdafiəsi üzrə İxtisaslaşdırılmış Elmi Şurasının onlayn iclası keçirilib.

İclasda "Arxeologiya" və "Etnoqrafiya" ixtisaslaşması üzrə təhsil alan II kurs magistrantlar Nərmin Məmmədlinin “Şirvan bölgəsinin antik dövr bədii metalişləmə sənəti (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” və Günay Bayramovanın “Keramika və xalçalar üzərindəki naxışların semantikası” adlı magistrlik dissertasiyaları təqdim olunub.

Magistrantlar tədqiq etdikləri mövzunun aktuallığı, elmi yeniliyi, istifadə etdikləri mənbələr, dissertasiya işlərinin quruluşu, əldə etdikləri nəticələr barədə ətraflı məlumat verib, İxtisaslaşdırılmış Elmi Şura üzvlərinin mövzu ilə bağlı suallarını cavablandırıblar.

Tədqiqat işləri yüksək qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.