Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Genetik Ehtiyatlar İnstitutunun təcrübə məqsədilə yetişdirdiyi taxılın biçini yekunlaşıb
24.06.2020 13:10
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunun təcrübə məqsədilə yetişdirdiyi taxılın biçini yekunlaşıb

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasında təcrübə məqsədilə becərilmiş taxılın biçini yekunlaşıb.

Qarabağ Elmi-Tədqiqat Bazasının direktoru Həmid Mehdiyev bildirib ki, dənli taxıl bitkilərinin seleksiyası və toxumçuluğu üzrə tarla təcrübələri müxtəlif pitomniklərdə, o cümlədən müsabiqəli sort sınağı, rayonlaşdırılmış sortların toxumçuluğun birinci manqası və toxum pitomnikində həyata keçirilir. Bundan əlavə, 2019-cu ildə rayonlaşdırılmış "Maya" bərk və "Start" yumşaq buğda sortlarında aprobasiya işləri yekunlaşıb, artırma və super elit toxum almaq məqsədilə səpilmiş ilkin toxumçuluq əkinlərinin yığımı da başa çatıb. Hər hektarın orta məhsuldarlığı 50 sentner təşkil edir. İstehsal olunmuş məhsuldar elit toxumlarının fermerlərə verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Genetik Ehtiyatlar İnstitutunun alimləri tərəfindən qısa müddət ərzində Qarabağ Elmi-Tədqiqat Bazasında yumşaq buğdanın 6, bərk buğdanın 2, eləcə də arpanın 2 sortu yaradılıb. "Cənub", "Almaz", "Xəmsə", "Leyla", "Alyans" və digər bərk və yumşaq buğda sortlarının dövlət sort sınağı uğurla davam edir. Rayonlaşmış "Maya", "Start" və "Cənub" sortlarının toxumçuluğuna başlanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: