Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Dendrologiya İnstitutunda ABŞ-dan gətirilən bitki üzərində uğurlu tədqiqatlar aparılıb
24.06.2020 10:55
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda ABŞ-dan gətirilən bitki üzərində uğurlu tədqiqatlar aparılıb

AMEA-nın Dendrologiya İnstitutunda ABŞ-ın Kaliforniya Botanika Bağından gətirilən Biqnoniya fəsiləsinin Chilopsis cinsinə aid Xəttvari cilopsis növünün üzərində tədqiqat işləri aparılıb.

Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov bildirib ki, sözügedən növün Abşeron şəraitində çoxaldılması, cücərtilərinin morfologiyası, fenoloji inkişaf fazaları, boy artımı, çiçəkləmə və meyvə əmələgətirmə biologiyası elmi əsaslarla öyrənilib. O, tədqiqatların istixana və açıq şəraitdə aparıldığını, həmin növün Abşeron ərazisində toxum və qələmlə çoxaldıla biləcəyini deyib.

"Xəttvari cilopsisdən sənayedə müxtəlif əşyaların hazırlanmasında, infeksion, göbələk, ürək-damar xəstəliklərində, açıq yaraların müalicəsində, bədəndə şəkərin tənzimlənməsində istifadə edilir", - deyə direktor vurğulayıb.

T.Məmmədov sözügedən bitikinin Abşeronda yeni parkların, bağların salınmasında, magistral yol ətrafının bəzək memarlığı əsasında yaşıllaşdırılmasında, eləcə də rütubətli yerlərdə, erroziyanın qarşısının alınmasında istifadəsinin məqsədəuyğun olduğunu söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: