Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforaları və psixoloji komplekslər” kitabı işıq üzü görüb
23.06.2020 11:55
  • A-
  • A
  • A+

“Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforaları və psixoloji komplekslər” kitabı işıq üzü görüb

Gənc folklorşünas alim, AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfa Qarayevin müəllifi olduğu “Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforaları və psixoloji komplekslər” adlı kitab işıq üzü görüb.

Kitabda milli qorqudşünaslıq təcrübəsində ilk dəfə olaraq “Kitabi-Dədə Qorqud” eposunun mənalar sistemi sosial-antropoloji yanaşmalar konteksində psixoanalitik metodla araşdırmaya cəlb edilib. Yeni təqdim olunan nəzəri-metodoloji yanaşma tədqiqat predmetinin mənalar sistemi kimi müəyyənləşdirilməsini, eləcə də “Kitabi-Dədə Qorqud” eposu və bu epik ənənəyə daxil olan digər folklor mətnlərindəki süjet və motivlərin yaradıcı fantaziya artefaktı olaraq psixoloji komplekslərin metaforik təzahürü kimi təhlil olunmasını nəzərdə tutur.  

İki fəsildən ibarət olan kitabın birinci fəsli “Kitabi-Dədə Qorqud”da epik reallıq və metaforik məna”, ikinci fəsli isə “Kitabi-Dədə Qorqud”da dəlilik: psixosemantik etiologiyası və simvolik semantikası” adlanır.

Nəşrin mühüm keyfiyyətlərindən biri də müasir dünya folklorşünaslığında əsas yanaşma istiqamətlərindən olan “mövqe” anlayışının tətbiqidir. Təd­qi­qatın mühüm metodoloji yeniliklərindən biri epos­da­kı çox­say­lı fakt və kon­f­likt­lərin Edip komp­lek­si kon­teks­tin­də ana­lizi təcrübəsidir. Burada Edip komp­lek­si psi­xoa­na­li­tik və so­si­al-ant­ro­po­lo­ji təd­qi­qat­lar­da in­sa­nın emo­sio­nal re­al­lı­ğı­nın, so­si­al kim­li­yi­nin for­ma­laş­ma­sın­da həl­le­di­ci əhə­miy­yə­tə ma­lik olan so­si­al-psi­xo­lo­ji mü­na­si­bət sə­viy­yə­si ki­mi öy­rə­nil­mək­lə ya­na­şı, onun ya­ra­dı­cı­lıq fakt­la­rın­da­kı mə­na­ya­ra­dı­cı ro­lu da də­yər­lən­di­ril­ib.

Beləliklə, əsərdə “xa­nın taxt­dan dü­şüb ye­ni­dən tax­ta çıx­ma­sı”, “ata-oğul konf­lik­ti”, “də­li­lik”, “ana xət­ti ilə qo­hum­luq mü­na­si­bət­lə­ri”, “ana mü­hi­tin­dən ata mü­hi­ti­nə ke­çid” və s. ki­mi epik kon­sept­lər, həm­çi­nin Edip və digər psixoloji komplekslərin mə­na­ya­ra­dı­cı tə­biə­ti müasir nəzəri-metodoloji yanaşmalar kontekstində ge­niş şə­kil­də öy­rə­nil­məklə, müasir milli folklorşünaslığımızın bu istiqamətdə inkişafı üçün yeni üfüqlər açır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

 

 

  • Paylaş: