Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Fəlsəfə və Hüquq İnstitutunun alimləri Fransda keçirilmiş beynəlxalq konfransda çıxış ediblər
23.10.2014 00:00
  • A-
  • A
  • A+

AMEA Fəlsəfə və Hüquq İnstitutunun alimləri Fransda keçirilmiş beynəlxalq konfransda çıxış ediblər

AMEA Fəlsəfə və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru İlham Məmmədzadə və institutun Cinayət hüququ və cinayət prosesi şöbəsinin müdiri, professor İsaxan Vəliyev oktyabrın 15-dən 19-dək Fransanın Nitsa şəhərində keçirilmiş “Şəxsiyyət və milli təhlükəsizlik” Beynəlxalq konfransında iştirak ediblər.

Beynəlxalq konfransda “Təhlükəsizlik, əxlaq və şəxsi həyat” mövzusunda məruzəsi ilə çıxış edən İlham Məmmədzadə informasiya təhlükəsizliyinin şəxsi və əxlaqi aspektlərinə toxunub. İsaxan Vəliyevin məruzəsi isə “Ekoloji təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsi kimi: insanın yaşamaq hüququ konteksində” mövzusunu əhatə edib.

Konfransın sonunda 2015-ci il üçün nəzərdə tutulan beynəlxalq yay məktəbinin Nitsa Sofiya Antipolis Universitetində keçirilməsi qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: