Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Fizika İnstitutu alimlərinin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub
18.06.2020 09:35
  • A-
  • A
  • A+

Fizika İnstitutu alimlərinin məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub

AMEA-nın Fizika İnstitutunun alimlərinin həmmüəllifi olduqları növbəti məqalə yüksək impakt faktorlu “Natura Publistinc Group - Quantum Materials” beynəlxalq jurnalında dərc olunub.

İnstitutun direktoru, akademik Nazim Məmmədov, laboratoriya rəhbərləri - fizika elmləri doktorları Nadir Abdullayevİmaməddin Əmiraslanov və böyük elmi işçi Ziya Əliyevin həmmüəllifi olduqları məqalə “Nature” beynəlxalq jurnalında dərc olunan işlərinin davamıdır və maqnit topoloji izolyatorların təcrübədə istifadəsinə yönəlib.

Qeyd edək ki, “Natura Publistinc Group - Quantum Materials” beynəlxalq jurnalının impakt faktoru 9-dan yüksəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: