Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Şərq xalqlarının I qurultayının 100-cü ildönümünə həsr olunan konfrans keçiriləcək
17.06.2020 14:14
  • A-
  • A
  • A+

Şərq xalqlarının I qurultayının 100-cü ildönümünə həsr olunan konfrans keçiriləcək

AMEA-da “Şərq xalqlarının I qurultayı – Bakı, 1920. Şərq dünyası 100 il əvvəl və bu gün” mövzusunda elmi konfrans keçiriləcək.

Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin və akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə reallaşacaq tədbir 1920-ci ilin 1-7 sentyabr tarixlərində Bakıda keçirilmiş Şərq xalqlarının I qurultayının 100-cü ildönümünə həsr olunacaq.

Konfransda "Şərq dünyası 100 il əvvəl. Tarixi baxış" və "Şərq dünyası bu gün. Şərq ölkələrinin aktual məsələləri" bölmələri üzrə müxtəlif mövzularda məruzələr dinləniləcək.

Məruzə tezislərinin qəbuluna dair tələblər:

- Microsoft Word, “Times New Roman” şriftilə - 12, səhifələrarası interval 1.5 olmaqla;

- Mətnin əvvəlində ortada böyük və tünd şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və elektron ünvanı göstərilməli;

- Mətnin kənarındakı boşluqlar - sol tərəf 3 sm, sağ tərəf 1 sm, yuxarı və aşağı hissə 2 sm;

- Tezisin mətni 1 səhifədən artıq olmamalıdır.

Tezislər 15 iyul 2020-ci il tarixinədək baki_qurultayi-100@mail.ru elektron ünvanına göndərilməlidir.

Konfransın keçirilməsinin dəqiq tarixi xüsusi karantin rejimindən asılı olaraq müəyyən ediləcək və bu barədə əlavə məlumat veriləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117 (VII mərtəbə, 715-ci otaq)

Tel.: (+994 50) 586 13 36

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: