Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Eşq bir sirdir” adlı şeirlər kitabı işıq üzü görüb
16.06.2020 15:06
  • A-
  • A
  • A+

“Eşq bir sirdir” adlı şeirlər kitabı işıq üzü görüb

AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Nizami Muradoğlunun “Eşq bir sirdir” adlı şeirlər kitabı işıq üzü görüb.

Kitabda eşqin kamil insan modelinin formalaşmasında başlıca amil olduğu bildirilir. 

“Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunmuş kitab 3 bölmədən ibarətdir. “Hər qarış torpağın qeyrət qalası” bölməsində oxucular vətənə məhəbbətin sözlə ifadəsinin bariz nümunələri ilə tanış ola bilərlər. “Ya en gəl yanıma, Göyüzündəki, ya məni özünlə apar, darıxdım” bölməsində insan sevgisinin ilahi sevgiyə çevrilməsi prosesi təqdim olunub. “Ordan-burdan” bölməsində isə müxtəlif zamanlarda yazılmış, rəngarəng duyğular yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: