Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Aşqarlar Kimyası İnstitutu alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub
16.06.2020 11:16
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu alimlərinin məqaləsi nüfuzlu xarici jurnalda dərc olunub

AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev, kimya elmləri doktoru Sabirə Sərdarova, kimya üzrə fəlsəfə doktoru Səbiyə Osmanova və II kurs magistrant Nərgiz Məcdinin türk həmkarları ilə birgə apardıqları tədqiqatların mühüm nəticələrinə dair məqaləsi nüfuzlu “Archiv der Pharmazie” jurnalında dərc olunub.

Məqalə tərkibində azot, kükürd saxlayan yeni birləşmələrin sintezi, “molekulyar dokinq” yolu ilə diabet əleyhinə fizioloji fəallığının öyrənilməsində yeni yanaşmalara həsr olunub.

Qeyd edək ki, “Web of Science” və “Scopus” bazasına daxil olan dünyaca məşhur “Wiley” nəşriyatının jurnallarından olan “Archiv der Pharmazie”nin impakt faktoru 2.145-ə bərabərdir. Biokimya, farmakologiya, tibbi və molekulyar biologiya sahəsində ixtisaslaşmış jurnal bu istiqamətlərdə multidissiplinar tədqiqatlarla bağlı mühüm nəticələri mütəmadi olaraq yayımlayır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: