Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Tədris-İnnovasiya Mərkəzinin onlayn seminarı keçirilib
13.06.2020 09:23
  • A-
  • A
  • A+

Tədris-İnnovasiya Mərkəzinin onlayn seminarı keçirilib

İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində (TİM) AMEA-nın magistrantlarının ümumi fənnlər üzrə imtahanlarının təşkili ilə bağlı onlayn seminar keçirilib.

Seminarda çıxış edən TİM-in rəhbəri, texnika üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova bildirib ki, bugünkü tədbirin keçirilməsində əsas məqsəd onlayn imtahana hazırlıqla bağlı məsələlərin müzakirəsidir.

O, əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Akademiyanın magistraturasında yay imtahan sessiyasının və magistrlik dissertasiyalarının müdafiəsinin təşkili haqqında” 1 iyun tarixli Sərəncamını xatırladıb. TİM-in rəhbəri AMEA-nın magistrantları üçün yay imtahan sessiyasının 2020-ci il iyunun 15-dən iyulun 15-dək keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

Akademiyanın magistrantlarının ümumi və seçmə fənnlər (ali məktəb pedaqogikası, psixologiya və fəlsəfə) üzrə imtahanlarının İnformasiya Texnologiyaları İnstitutunda onlayn formada keçiriləcəyini, imtahanda 121 nəfərin iştirak edəcəyini deyən R.Mahmudova tələbələrin onlayn imtahan sisteminin iş prinsipi ilə tanış olması üçün onların əvvəcədən qeydiyyatdan keçməsinin vacib olduğunu qeyd edib.

Sonra baş mütəxəssis Kəmalə Qurbanova imtahana qeydiyyatla bağlı təlimatı təqdim edib. Həmçinin aparıcı mütəxəssis Sevda Səfərova, mühəndis-proqramlaşdırıcı Raqif İsmayılov da imtahana hazırlıqla bağlı öz münasibətlərini bildiriblər.

Qeyd edək ki, ali məktəb pedaqogikası üzrə imtahanın iyunun 16-da, fəlsəfə və psixologiya fənnləri üzrə imtahanların isə müvafiq olaraq, 22 və 30 iyun tarixlərində keçirilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: