Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Aşqarlar Kimyası İnstitutu alimlərinin elmi fəaliyyətinin qiymətləndirilməsi sistemi təkmilləşdiriləcək
13.06.2020 09:49
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutu alimlərinin elmi fəaliyyətinin qiymətləndirilməsi sistemi təkmilləşdiriləcək

AMEA-nın Aşqarlar Kimyası İnstitutu fəaliyyətini “AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı”nın əsas prioritet hədəflərinə uyğun genişləndirəcək və təkmilləşdirəcək.

Bu haqda məlumat verən institutun direktoru, akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi elmi müəssisədə həyata keçiriləcək tədbirlərdən danışıb. Bildirib ki, bu məqsədlə idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmi işçilərin attestasiyasının aparılması, elmi kadrların hazırlanması, elmi fəaliyyətin qiymətləndirilmə sisteminin keyfiyyətcə yaxşılaşdırılması, beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsi, birgə əməkdaşlıq proqramının hazırlanması, innovasiya fəaliyyətinin genişləndirilməsi, eləcə də elmi nəticələrin tətbiqi nəzərdə tutulub.

İnstitut rəhbəri bununla bağlı daxili sərəncam verildiyini, müvafiq şöbə və laboratoriya rəhbərlərinə ayrı-ayrı elmi bölmələrdə geniş müzakirələrin aparılması, yekun rəy və təkliflərin elmi katibliyə təqdim olunmasının tapşırıldığını bildirib.

V.Fərzəliyev vurğulayıb ki, institutun əməkdaşları elmi fəaliyyətin qiymətləndirilməsi üçün aparılacaq attestasiyanı nəzərə alaraq elmi fəallığı daha da artırmalı və dünyanın yeni çağırışlarına uyğunlaşmalıdırlar.

Alim əlavə edib ki, hazırda laboratoriyaların və elmi işçilərin ayrı-ayrılıqda 2019-cu il üzrə elmi fəaliyyətinin yeni meyarlar əsasında qiymətləndirilməsi işləri aparılır. Nəticədən asılı olaraq reytinq siyahısı müəyyənləşdiriləcək və mükafatlandırma aparılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: