Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ədəbiyyat qəzeti”nin yeni sayında uşaq ədəbiyyatına dair məqalələr yer alıb
13.06.2020 09:27
  • A-
  • A
  • A+

“Ədəbiyyat qəzeti”nin yeni sayında uşaq ədəbiyyatına dair məqalələr yer alıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ədəbiyyat qəzeti”nin birgə əməkdaşlığı davam edir.

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə töhfə olaraq qəzetin növbəti nömrəsində institutun təşəbbüsü ilə uşaq ədəbiyyatına dair aparılan tədqiqatlara dair materiallar yer alıb. Qəzetin ilk səhifəsi “Uşaq ədəbiyyatı” sərlövhəsi ilə verilib.

Sözügüdən nömrədə AYB-nin sədri, Xalq yazıçısı Anarın “Uşaq ədəbiyyatımızın qaynağı folklorumuzdur” adlı məqaləsi yer alıb. Həmçinin müəllifin “Muradın nağılları” adlı kitabı haqqında məlumat verilib.

AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin “Uşaq dünyasında ədəbiyyat və uşaq ədəbiyyatı dünyası” məqaləsi də qəzetin həmin nömrəsində işıq üzü görüb. Bundan əlavə, akademik İsa Həbibbəylinin “Ay mənim nəvələrim” sərlövhəli şeiri qəzetdə çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: