Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsinin 2019-cu ilin biblioqrafik göstəricisi işıq üzü görüb
12.06.2020 16:41
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsinin 2019-cu ilin biblioqrafik göstəricisi işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin elmi-tədqiqat müəssisələrində çalışan əməkdaşların 2019-cu ilin iş planına uyğun olaraq elmi fəaliyyətlərinin işıqlandırıldığı biblioqrafik göstərici nəşr olunub.

Bölmənin sədri, akademik İsmayıl Hacıyevin təşəbbüsü və layihə rəhbərliyi ilə 2018-ci ildən etibarən işıq üzü görən vəsaitdə əməkdaşların Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında və xarici ölkələrdə çap olunmuş monoqrafiyaları, kitabları, jurnallarda, toplularda, dövrü mətbuatda dərc edilmiş elmi məqalələri, o cümlədən internet resursları əksini tapıb. Nəşrdə müəlliflərin və əsərlərin əlifba göstəriciləri yer alıb.

Qeyd edək ki, 2019-cu ildə bölmə əməkdaşlarının elmi nəticələrinə əsasən, 18 monoqrafiya, 10 kitab, bir kitabça, 3 metodik vəsait, 774 elmi məqalə, 7 tezis olmaqla, 813 elmi əsər işıq üzü görüb. Elmi məqalələrin 93-ü xaricdə olmaqla, 445-i beynəlxalq nüfuzlu elmi jurnallarda çapdan çıxıb.

Biblioqrafik göstəricidə, eyni zamanda, bölmə əməkdaşlarının 2016-2019-cu illərdə ölkədə və xaricdə işıq üzü görmüş monoqrafiya, kitab və məqalələrinin statistik məlumatları da cədvəl vasitəsilə oxucuların ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: