Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qarabağ: folklor da bir tarixdir” kitabının VIII cildi nəşr olunub
12.11.2014 00:00
  • A-
  • A
  • A+

“Qarabağ: folklor da bir tarixdir” kitabının VIII cildi nəşr olunub

AMEA Folklor İnstitutunun əməkdaşlarının başladıqları Qarabağ layihəsi çərçivəsində “Qarabağ: folklor da bir tarixdir” çoxcildliyinin VIII cildi işıq üzü görüb.

Layihənin rəhbəri institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), materialların toplayıcısı və tərtibçisi filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.

Kitabda Bakı və Gəncə şəhərləri, Goranboy, Tərtər, Yevlax, Şamaxı, Bərdə və Xızı rayonlarında məskunlaşan Kəlbəcər sakinlərindən toplanmış folklor örnəkləri yer alıb.

Yeni nəşrdə nəsil-tayfa, əcdadlar, eləcə də ayrı-ayrı kəndlərin təməlini qoyan şəxslər haqqında maraqlı nümunələr verilib. Kitabda yer alan “Qulf haqqında” təsəvvür, “Yeddi qardaş ilan” haqqında rəvayət, “Üç qardaş” nağılı, “Səməd Vurğunun Kəlbəcər səfəri” ilk dəfə çap olunan nümunələrdir. Bundan əlavə, “Lövhi-məhfuz”, “Adam şeytan”, “Musa peyğəmbər və Qara qul”, “Aşıq Alının Türkiyə səfəri” kimi bir çox mətnlərin ənənəvi variantlardan fərqlənən yeni variantları da yazıya alınıb. Bölgədən yeni süjetlərlə yanaşı, Şıx Səyad kimi yeni personaj da qeydə alınıbr. Şıx Səyad, Şıx Sədi, Şıx Sədin kimi müxtəlif adlarla təqdim edilən bu personaja nağıl qəhrəmanı kimi ilk dəfə bu bölgədə rast gəlinir. Toplanmış bəzi nümunələr həm də bir çox janrların inkişafı haqqında müəyyən təsəvvür əldə etməyə imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: