Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Kimya” adlı yeni vəsait işıq üzü görüb
09.06.2020 10:04
  • A-
  • A
  • A+

“Kimya” adlı yeni vəsait işıq üzü görüb

Dövlət İmtahan Mərkəzi tərəfindən “Kimya” adlı yeni vəsait nəşr edilib.

AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovun elmi redaktoru olduğu vəsait imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulur.

Kitab kimya fənni üzrə məzmun standartlarına uyğun olaraq “Ümumi kimya”, “Qeyri-üzvi kimya” və “Üzvi kimya” hissələrinə ayrılmaqla 31 bölmədən ibarətdir. Hər mövzunun şərhi müxtəlif formalı və tipli tapşırıqlar, həmçinin situasiya tapşırıqları ilə tamamlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: