Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Akademik Dilqəm Tağıyevin rəhbərliyi ilə aparılan tədqiqatların nəticəsi nüfuzlu jurnalda çap olunub
08.06.2020 14:44
  • A-
  • A
  • A+

Akademik Dilqəm Tağıyevin rəhbərliyi ilə aparılan tədqiqatların nəticəsi nüfuzlu jurnalda çap olunub

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyevin rəhbərliyi ilə müəssisə əməkdaşları tərəfindən aparılmış tədqiqatların nəticəsini əks etdirən məqalə "Thomson Reuters" sisteminə daxil olan beynəlxalq "Digest journal of nanomaterials and biostructures" jurnalında çapdan çıxıb.

"Keçid metal ionlarının  kvarternizə olunmuş polimerlərə immobilizasiyası" adlı məqalədə məqsəd kvarternizə edilmiş, eləcə də tikilmiş  və immobilizə olunmuş nümunələrin bir çox kimyəvi proseslərdə effektiv sorbent və katalizator kimi istifadəsi olub.

Araşdırmalar zamanı Poli-4 vinilpiridinin praktiki olaraq benzil xlorid ilə etanolun sulu məhlulunda miqdari kvarternizə edilməsi və onun keçid metal ionları (Ni, Mn) ilə immobilizasiyadan əvvəl və sonra tikilməsi həyata keçirilib. Alınmış nümunələrin fiziki-kimyəvi metodlar ilə (skan edilmiş elektron mikroskop (SEM), rentgen faza (XPA), infraqırmızı spektroskopiya (IR) analizi tədqiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: