Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Aşqarlar Kimyası İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda çap olunub
08.06.2020 10:50
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda çap olunub

AMEA-nın Aşqarlar Kimyası İnstitutunun alimləri - akademik Vaqif Fərzəliyev, professor Nazim Mustafayev və kimya üzrə fəlsəfə doktoru Xuraman Əfəndiyevanın həmmüəllifi olduğu məqalə impakt faktorlu “Rusiya Üzvi Kimya Jurnalı”nda dərc edilib.

“Synthesis of Novel Derivatives of O-Butyl Xanthic Acid” adlı məqalə o-butil ksantin turşuların yeni törəmələrinin sintezi və tədqiqinə həsr olunub.

Qeyd edək ki, sözügedən jurnal nüfuzlu “Springer” nəşriyyatına daxildir və “Web of Science”, “Scopus” kimi beynəlxalq elmi bazalarda indeksləşir. Jurnalda üzvi kimyanın ən son elmi yenilikləri ilə bağlı məqalələr müntəzəm olaraq yayımlanır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: