Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq üzü görüb
08.06.2020 10:07
  • A-
  • A
  • A+

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının üçüncü cildi işıq üzü görüb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətnşünaslıq sahəsində uğurlu nəşrlərindən biri olan “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Səlim Rəfiq Rəfioğlu. Füzuli” adlı üçüncü cildi işıq üzü görüb.

Seriyanın baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, müəssisənin direktoru, akademik İsa Həbibbəyli, məsul redaktoru institutun şöbə müdiri, filologiya elmləri doktoru Nikpur Cabbarlıdır. Kitabı əlyazma əsasında nəşrə hazırlayan, "Ön söz", qeyd və şərhlərin müəllifi Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektorunun müdiri, filologiya elmləri doktoru Ataəmi Mirzəyevdir.

Vəsaitə Azərbaycan mühacirət ədəbiyyatşünaslığının tanınmış nümayəndələrindən biri olan Səlim Rəfiq Rəfioğlunun (1905-1980) “Füzuli” doktorluq dissertasiyası daxil edilib. Səlim Rəfiqin ilk dəfə nəşr edilən bu araşdırması özünün mövzu, problematika və əhatə dairəsi baxımından olduqca mükəmməlliyi ilə seçilir. Əsərdə Füzulinin həyatı, yaradıcılığı, elmi görüşləri və başqa problemlər toplu halında tədqiqata cəlb olunub. Müəllifin 1940-cı illərdə qələmə aldığı bu əsərdə araşdırılan bir çox məsələlər bugünkü füzulişünaslığımız üçün də aktuallığını qoruyub saxlamaqdadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: