Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Genetik Ehtiyatlar İnstitutunda tut ipəkqurdunun yemə təsirinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır
05.06.2020 12:39
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda tut ipəkqurdunun yemə təsirinin öyrənilməsi istiqamətində tədqiqatlar aparılır

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatları şöbəsində yerli və intraduksiya olunmuş tut ipəkqurdu cins, növ, hibrid, forma və xətlərə ənənəvi və qeyri-ənənəvi (süni) yemlərin təsirinin laboratoriya şəraitində müqayisəli öyrənilməsi istiqamətində tədqiqatlar aparılır.

Həmçinin tut ipəkqurdunun yemə (yarpaqlara) olan tələbatının ödənilməsi, yeni yüksəkməhsuldar tut bitkisi sort və formalarının yaradılması məqsədilə institutun Abşeron Təcrübə Təsərrüfat Bazasında yerli və intraduksiya olunmuş 100-dən çox tut ağacı əkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: