Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Akademik Arif Məlikovun ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub
05.06.2020 11:21
  • A-
  • A
  • A+

Akademik Arif Məlikovun ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun Bakıda ikinci abidəsinin ucaldılacağı ərazi məlum olub.

Bu barədə abidənin müəllifi, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov məlumat verib.

Arif Məlikovun birinci abidəsinin Fəxri xiyabanda ucaldıldığını deyən Ö.Eldarov bildirib ki, ikinci abidənin Milli Konservatoriyanın bağında qoyulması nəzərdə tutulur. O, yaxın zamanda abidənin layihəsinin hazırlanması üzərində işlərə başlayacağını və onun hündürlüyünün postamentlə birlikdə altı metrə yaxın olacağını diqqətə çatdırıb.

Ö.Eldarov mərmərdən hazırlanması nəzərdə tutulan yeni abidənin A.Məlikovun digər abidəsindən fərqli, orijinal olacağını da qeyd edib. Həmçinin abidənin bir il müddətinə hazırlanıb təhvil verilməsinin planlaşdırıldığını söyləyib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: