Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Şahin Mustafayev Rumınyada keçirilmiş Beynəlxalq simpoziumda iştirak edib
07.11.2014 00:00
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Şahin Mustafayev Rumınyada keçirilmiş Beynəlxalq simpoziumda iştirak edib

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev 4-5 noyabr 2014-cü il tarixlərində Rumınyanın Buxarest şəhərində keçirilmiş “Qara dəniz bölgəsi müsəlman xalqlarının tarixi və mədəniyyəti” mövzusunda Beynəlxalq simpoziumda iştirak edib. Buxarest Babeş-Bolyai Universitetinin və İslam Tarixi, Sənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ş.Mustafayev “Qafqazda İslam tarixi və mədəniyyətinə dair” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanlı alimin məruzəsi simpozium iştirakçıları tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: