Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Qədim Albaniyanın bədii metalişləmə sənətinə dair magistr işi müzakirə olunub
04.06.2020 16:34
  • A-
  • A
  • A+

Qədim Albaniyanın bədii metalişləmə sənətinə dair magistr işi müzakirə olunub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun magistrantı Nərmin Məmmədlinin “Şirvan bölgəsinin antik dövr bədii metalişləmə sənəti (Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında)” mövzusunda dissertasiya işinin onlayn müzakirəsi keçirilib. 

Müzakirələr zamanı bildirilib ki, buraxılış işi antik dövr arxeoloji abidələri ilə zəngin olan Şirvan bölgəsinin bədii tərtibatlı metal məmulatlarına həsr olunub. Dissertasiyada Şirvan bölgəsinin arxeoloji abidələrinin öyrənilmə tarixi, metal məmulatlarının istehsal üsulları, tapıntıların təsnifatı, semantikası və s. tədqiq edilib.

Tədbir iştirakçıları mövzunun aktual olduğunu vurğulayıb, qədim Albaniyanın abidələrindən tapılmış və əksəriyyəti tuncdan düzəldilmiş həmin bədii metal nümunələrinin özünəməxsus unikal görünüşü ilə seçildiyini söyləyiblər. Diqqətə çatdırılıb ki, magist işi Albaniya mədəniyyətinin dünya elmində tanınmasına öz töhfəsini verəcək.

Qeyd edək ki, N.Məmmədli Milli Azərbaycan Tarixi Muzeyinin Arxeoloji fondunda saxlanılan 251 antik dövr metal nümunəsi üzərində araşdırma aparıb və onlardan 123-ü ilk dəfə tədqiqata cəlb edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: