Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları” kitabının II cildi çapdan çıxıb
07.11.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları” kitabının II cildi çapdan çıxıb

“Elm və təhsil” nəşriyyatında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, professor Azadə Musabəylinin “Azərbaycan ədəbiyyatının əlyazma qaynaqları” kitabının II cildi çapdan çıxıb. Kitabda orta əsrlərdə Azərbaycan əlyazma kitablarının yaranma-yayılma , tarixi təkamülü, spesifikası, elmi təsnifatı, ədəbiyyatımızın başlıca qaynağı olması ilə bağlı araşdırmalar aparılıb.

Kitabın elmi redaktorları AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və filologiya üzrə fəlsəfə doktoru Mehmet Rıhtımdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: