Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilən elmi konfrans keçiriləcək
03.06.2020 15:35
  • A-
  • A
  • A+

Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilən elmi konfrans keçiriləcək

AMEA-nın Elm Tarixi İnstitutunun təşkilatçılığı ilə “Nəriman Nərimanovun irsi və onun Azərbaycan ictimai-siyasi fikrində yeri" mövzusunda elmi konfrans keçiriləcək.

Tədbir görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr ediləcək.

Konfransda elmi məruzə ilə iştirak etmək istəyən tədqiqatçılar 1 sentyabr 2020-ci il tarixinədək məruzələrinin tam mətnlərini elmtarixi@gmail.com elektron ünvanına göndərə bilərlər.

Məruzə tezislərinin və məqalələrin tərtibinə dair qaydalar:

- Tezisin həcmi 1-2 səhifə, məqalə üçün isə 8-10 səhifə;

- Format: A4, ölçü 12 şrift, Times New Roman, aşağı və yuxarıdan 2,0 sm, sağdan 1,5 sm, soldan 3 sm, interval 1, abzas 1,25.

Tezis və məqalələrin strukturu:

- Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə;

- Tezis və məqalənin adı böyük hərflərlə, qalın şriftlə;

- Təmsil etdiyi müəssisənin adı, vəzifəsi, elmi dərəcəsi (əgər varsa).

Ünvan: AZ 1143, Bakı şəh., H.Cavid pr., 115 (2-ci mərtəbə)

Tel.: (+994 12) 539 51 34, (+994 50) 268 22 44.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: