Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.06.2020 14:02
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxana Azərbaycan diaspor könüllülərini təltif edib

Mərkəzi Elmi Kitabxana Azərbaycan diaspor könüllülərini təltif edib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Vikipediya” təlimlərində iştirak edən Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycan diaspor könüllüləri ilə görüş keçirilib.

Tədbirdə kitabxananın direktoru Sevil Zülfüqarova onlayn “Vikipediya” təlimlərinin məqsədindən danışıb. O, “Vikipediya”da məqalələrin yerləşdirilməsi ilə bağlı gənclərin maarifləndirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.

S.Zülfüqarova ölkədə könüllülük hərəkatının geniş vüsət aldığını, kitabxananın təşkilatçılığı ilə təlimlərə qoşulan könüllülərin də bu prosesin fəal üzvləri olduğunu qeyd edib. Direktor diaspor könüllülərinin “Vikipediya” hərəkatına böyük dəstək verdiyini, onların vikiensklopediyada müxtəlif dillərdə Azərbaycan həqiqətləri və milli-mədəni irsimizlə bağlı silsilə məqalələr yerləşdirdiyini diqqətə çatdırıb.

Könüllülər isə öz növbəsində fəaliyyətləri ilə bağlı təəssüratlarını bölüşüblər. Könüllülük fəaliyyətinin onların bilik və bacarıqlarının inkişafında, gələcək kadr kimi formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Sonda könüllüləri təbrik edən S.Zülfüqarova “Vikipediya”nın Azərbaycan dili bölməsində uğurlu fəaliyyətlərinə görə xüsusilə fərqlənən Mehman Məhərrəmov, Məzahim Əzimov, Rəhiməxanım Mürşüdlü, Aişə Bağırova, Arzu Rişanova və başqalarına sertifikatlar təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: