Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvanın təbii mineralı - seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb
01.06.2020 12:25
  • A-
  • A
  • A+

Naxçıvanın təbii mineralı - seolitdən bəhs edən məqalə ABŞ-da işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Naxçıvanın təbii mineralı əsasında fojazit tipli seolitin sintezi və tədqiqi” adlı məqaləsi ABŞ-ın nüfuzlu “Şüşə və keramika” (Glass and Ceramics) jurnalında dərc olunub.

Naxçıvan Muxtar Respublikasının təbii mineralı əsasında geniş praktiki əhəmiyyətə malik fojazit tipli seolitdən bəhs olunan məqalədə təbii minerallar əsasında aparılan tədqiqatların nəticələri, onların fiziki-kimyəvi xassələri işıqlandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: